...

Azərbaycana tərkibində təhlükəli və zəhərli maddələrin olduğu məhsulların gətirildiyi müəyyən edilib

Cəmiyyət Materials 3 İyun 2013 13:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir.
Azərbaycana tərkibində təhlükəli və zəhərli maddələrin olduğu məhsulların gətirildiyi müəyyən edilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi dırnaqarası işbazlar tərəfindən saxta, keyfiyyətsiz, habelə standartlara cavab verməyən istehlak məhsullarının ölkəyə gətirilməsinə cəhdlər səngimir.

Bu cür mallar arasında Gürcüstan və Rusiya istiqamətindən gətirilməsinə cəhd göstərilən Ermənistan mənşəli konyak, araq, siqaret, qəhvə və bir sıra digər istehlak məhsullarının olması xüsusi narahatçılıq və təəssüf doğurur.

Bu günlərdə gömrük əməkdaşları Gürcüstan və Rusiya Federasiyası istiqamətindən respublikamıza gətirilməsinə cəhd göstərilən xeyli miqdarda Ermənistan mənşəli konyaklar, araqlar, siqaret və qəhvə məmulatları aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müasir avadanlıqlardan istifadə edilməklə aparılmış laborator müayinəsi nəticəsində tədqiqata təqdim olunmuş, istehsalı texnoloji qaydaların pozulması ilə həyata keçirilmiş bu məhsulların saxta, istehlak üçün yararsız, tərkibində insan orqanizmi üçün təhlükəli və hətta zəhərli maddələrin olması müəyyənləşdirilib.

Xatırladaq ki, gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının və mənafeyinin müdafiəsi məqsədilə onların sağlamlığı üçün ciddi təhlükə doğuran bu cür məhsullar mütəmadi olaraq məhv edilir.

Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, həcmindən asılı olmayaraq bu cür məhsulların ölkəyə gətirilməsi yolverilməzdir və qarşısı qətiyyətlə alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti