...

Praqada qoruyucu baryerlər gücləndirilib

Cəmiyyət Materials 4 İyun 2013 07:00 (UTC +04:00)
Praqada qoruyucu baryerlər gücləndirilib və "böyük su" təzyiqinə dözməlidir.
Praqada qoruyucu baryerlər gücləndirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Praqada qoruyucu baryerlər gücləndirilib və "böyük su" təzyiqinə dözməlidir. Trend-in Çexiya ÇTK informasiya agentliyinə istinadən bazar ertəsi verdiyi məlumata görə, bu barədə Praqa şəhər şurasının üzvü İrjı Vavra bildirib.

"Vltava da qoruyucu baryerlər saniyədə 4160 kub metr sürətlə axan suyun təzyiqinə dözməlidir ", - böhran qərargahının son gecə iclasından sonra Vavra deyib, RİA Novosti agentliyi məlumat verir.

Son məlumatlara əsasən, hal-hazırda şəhər sərhədində Vltavada təxminən saniyədə 3000 kub metr su axır, normal həcm isə saniyədə 149 kub metr hesab edilir.

Bir neçə gün bundan əvvəl Praqada qoruyucu baryerlər hesaba görə saniyədə 3250 kub metrə qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti