...

Dini icmalar uşaq evini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 4 İyun 2013 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Aksiyada müsəlman, xristian və yəhudi icmaların nümayəndələri birlikdə iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə mənsub icmaların təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə dini icmaların nümayəndələri Bakı şəhəri Xəzər rayonunda yerləşən "Ümid Yeri" uşaq sığınacağı və reabilitasiya mərkəzini ziyarət ediblər.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə təşkil olunan bu aksiyada müsəlman, xristian və yəhudi icmaların nümayəndələri birlikdə iştirak ediblər. Ölkəmizdə ilk dəfə keçirilən aksiya uşaq evinin kollektivi tərəfindən müsbət qarşılanıb və bildirilib ki, bu, Azərbaycanda mövcud dini tolerantlığın nümunəsidir. Eyni zamanda qeyd edilib ki, müxtəlif dinlərə mənsub icmaların məhz sosial layihələrdə əməli şəkildə bir araya gəlməsi dünyaya örnək ola biləcək addımdır.

Dini icmaların nümayəndələri onların bu təşəbbüsünü dəstəklədiklərinə görə Dövlət Komitəsinə və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinə təşəkkür ediblər.

Qeyd edək ki, tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqati də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti