...

Ermənistan əhalisinin gəlirləri orta səviyyədən aşağı olan ölkələrə aiddir

Cəmiyyət Materials 5 İyun 2013 15:48 (UTC +04:00)
Ermənistanda əhalinin 20 faizi son dərəcə yoxsul vəziyyətdə (gündəlik gəlir 2 dollardan az) yaşayır, orta təbəqə isə cəmi 10 faiz (gün ərzində 10 dollardan 50 dollaradək) təşkil edir.
Ermənistan əhalisinin gəlirləri orta səviyyədən aşağı olan ölkələrə aiddir

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Ermənistanda əhalinin 20 faizi son dərəcə yoxsul vəziyyətdə (gündəlik gəlir 2 dollardan az) yaşayır, orta təbəqə isə cəmi 10 faiz (gün ərzində 10 dollardan 50 dollaradək) təşkil edir. Trend-in məlumatına görə, bu barədə "Aykakan Jamanak" qəzeti Beynəlxalq Əmək Təşkilatının hesabatına istinadən xəbər verir.

Əhalinin əsas hissəsi - 70 faizi, belə desək, "üzən gəlirli" (4-10 dollar) qrupa aiddir.

Ermənistan bu göstəricilər əsasında əhalisinin gəlirləri orta səviyyədən aşağı olan ölkələr siyahısında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti