...

Ümumtəhsil müəssisələrində qidalanma üzərində nəzarət gücləndiriləcək

Cəmiyyət Materials 12 İyun 2013 13:18 (UTC +04:00)
Azərbaycanda uşaq bağçaları və məktəblərdə qidalanma ilə bağlı yeni standart qəbul olunub.
Ümumtəhsil müəssisələrində qidalanma üzərində nəzarət gücləndiriləcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycanda uşaq bağçaları və məktəblərdə qidalanma ilə bağlı yeni standart qəbul olunub.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkil olunan brifinqdə jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin rəhbəri Əbülfət İmanov bildirib: "Uşaq ümumtəhsil müəssisələri üçün məhsul və yarımfabrikatların istehsalı ilə məşğul olan istehsalçılar ən ciddi yoxlamalara məruz qalacaqlar. Daha əvvəl uşaq bağçalarında və məktəblərdə istifadə olunan bəzi isti yeməklər və yarımfabrikatlar qadağa olunacaq. Sentyabr ayının ikisində bu sahədə Dövlət Komitəsi və müvafiq dövlət orqanları tərəfindən birgə hazırlanan standart qüvvəyə minir və artıq növbəti təhsil ilindən etibarən şagirdlərin qida rasionu əhəmiyyətli dərəcədə yaxşılaşacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti