...

Daha 100 nəfər əlil istirahət və sağlamlıq mərkəzlərinə göndərilib

Cəmiyyət Materials 13 İyun 2013 12:08 (UTC +04:00)
İyunun 11-12-də «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, əlillərin asudə vaxtının təşkili məqsədi ilə 10-11 iyun 2013-cü il tarixlərində 60 nəfər əlil Qəbələ rayonunda, 40 nəfər əlil isə Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.
Daha 100 nəfər əlil istirahət və sağlamlıq mərkəzlərinə göndərilib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İyunun 11-12-də "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, əlillərin asudə vaxtının təşkili məqsədi ilə 10-11 iyun 2013-cü il tarixlərində 60 nəfər əlil Qəbələ rayonunda, 40 nəfər əlil isə Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

Bu barədə Trend-ə cümə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda deyilir.

Ümumiyyətlə, qeyd edilən Proqrama əsasən, 18 may 2013-cü il tarixindən həyata keçirilən bu tədbirlər çərçivəsində indiyədək 180 nəfər əlilliyi olan şəxsin Qəbələ rayonunda və 120 nəfər əlilliyi olan şəxsin Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzlərində 10 gün müddətində istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub.

Belə ki, xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, stolüstü oyun (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), futbol və voleybol yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, hovuzda və göldə üzgüçülük təşkil olunur, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron rayonundan istirahətə göndərilən əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti