...

Peşə məktəblərində təhsil almaq istəyənlərin ən çox və ən az müraciət etdiyi ixtisaslar açıqlanıb

Cəmiyyət Materials 14 İyun 2013 15:09 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi peşə məktəblərində təhsil almaq istəyən şagirdlərin ən çox və ən az müraciət etdiyi ixtisasların adlarını açıqlayıb.
Peşə məktəblərində təhsil almaq istəyənlərin ən çox və ən az müraciət etdiyi ixtisaslar açıqlanıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi peşə məktəblərində təhsil almaq istəyən şagirdlərin ən çox və ən az müraciət etdiyi ixtisasların adlarını açıqlayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, peşə məktəblərində oxumaq üçün müraciət edənlər daha çox "Mühasibat işi", "İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti", "Kənd təsərrüfatı nəqliyyatına və elektrik avadanlığına xidmət" kimi ixtisaslara üstünlük verirlər. "Arıçılıq", "İnteryer və eksteryerin bədii tərtibatı" və "Quyuların təmiri" isə ən az müraciət edilən ixtisaslardır.

Hazırda respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrdə 30 343 nəfər təhsil alır. Onlardan 21 909 nəfəri (72,2%) oğlan, 8434 nəfəri (27,8%) isə qızdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti