...

Həbsxanada istixana

Cəmiyyət Materials 18 İyun 2013 17:22 (UTC +04:00)
Ədliyyə Naziriliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən mləumata görə, məhkumların ictimai faydalı əməyə cəlb olunması ilə bağlı həyata keçirilən tədbirlər sayəsində son zamanlar irəliləyişlərə nail olunub, əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin edilib.
Həbsxanada istixana

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda 7 saylı cəzaçəkmə müəssisəsində daha 5 məhkum işlə təmin olunub.

Ədliyyə Naziriliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən mləumata görə, məhkumların ictimai faydalı əməyə cəlb olunması ilə bağlı həyata keçirilən tədbirlər sayəsində son zamanlar irəliləyişlərə nail olunub, əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin edilib. Bununla belə, daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür.

Bu sahədə həyata keçirilən son tədbir 7 saylı cəzaçəkmə müəssisəsində daha 5 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixananın təşkili olub.

Belə ki, müəssisənin istehsalat sahəsində istifadəsiz olan 250 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib.

Mövcud imkanlar hesabına cəza çəkənlərin haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti