...

Azərbaycan alimləri kimya sahəsində yeni nailiyyətlər əldə ediblər

Cəmiyyət Materials 19 İyun 2013 16:50 (UTC +04:00)
Azərbaycan alimləri molekulyar azotun hidrogen peroksidlə oksid diazota fiksasiyası sahəsində müsbət nəticələr əldə ediblər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib.
Azərbaycan alimləri kimya sahəsində yeni nailiyyətlər əldə ediblər

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan alimləri molekulyar azotun hidrogen peroksidlə oksid diazota fiksasiyası sahəsində müsbət nəticələr əldə ediblər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, ölkə kimyaçıları son onilliklər ərzində xarici alimlər tərəfindən "Nağıyev effekti" adlandırılan molekulyar azotun hidrogen peroksidlə oksid diazota fiksasiyası istiqamətində əhəmiyyətli tədqiqatlar aparıblar.

A.Əlizadə qeyd edib ki, bu tədqiqatlar Azərbaycan elmi üçün bir uğurdur.

Tədqiqatı aparmış AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev isə bildirib ki, azot sənayesi müasir kimya sənayesinin aparıcı sahələrindədir. Kənd təsərrüfatının azot gübrələri, sənayesinin isə müxtəlif azot tərkibli maddələrlə təmin olunması bu sahənin gələcək inkişafından asılıdır. Akademik əldə olunmuş nəticələrin istehsal sahələrində, həmçinin kimya sənayesində innovativ proses kimi tətbiqinin mümkünlüyünü qeyd edib.

Azotun oksidləşməsi fiksasiyası istiqamətinin xeyli zəif tədqiq olunduğunu deyən T.Nağıyev bildirib ki, azotun fiksasiyası xüsusilə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması üçün faydalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti