...

Azərbaycanda belaruslu müəllimlərin iştirakı ilə peşə təhsili resurs mərkəzi yaradılır

Cəmiyyət Materials 19 İyun 2013 20:44 (UTC +04:00)
Azərbaycanda belarusli müəllim və mütəxəssislərin iştirakı ilə ibtidai peşə təhsili resurs mərkəzinin yaradılması üzrə pilot layihənin həyata keçirilməsi başa çatır. Trend-in məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Belta" agentliyinə bildiriblər.
Azərbaycanda belaruslu müəllimlərin iştirakı ilə peşə təhsili resurs mərkəzi yaradılır

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanda belarusli müəllim və mütəxəssislərin iştirakı ilə ibtidai peşə təhsili resurs mərkəzinin yaradılması üzrə pilot layihənin həyata keçirilməsi başa çatır. Trend-in məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Belta" agentliyinə bildiriblər.

Layihənin tamamlanması üzrə tədbirlər Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçin Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə keçirdiyi görüşdə müzakirə edilib.

Səfir Belarusun təhsil xidmətlərinin təqdim edilməsində imkanları və peşə texniki təhsil müəssisələrinin yaradılmasında iştirakı barədə naziri məlumatlandırıb. Bundan başqa, azərbaycanlı tələbələrin Belarusun qabaqcıl ali mıəktəblərində təhsilə cəlb edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər mövcud layihələrin tezliklə həyata keçirilməsi və yeni ikitərəfli təhsil layihələrinin hazırlanması məqsədilə birgə fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti