...

Beynəlxalq Olimpiya Qaçış Günü Azərbaycanda qeyd olundu (FOTO)

Cəmiyyət Materials 24 İyun 2013 14:50 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Coca-Cola “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində Dənizkənarı Bulvarda möhtəşəm Olimpiya bayramı təşkil etdi.
Beynəlxalq Olimpiya Qaçış Günü Azərbaycanda qeyd olundu (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend /

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Coca-Cola "Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində Dənizkənarı Bulvarda möhtəşəm Olimpiya bayramı təşkil etdi.

Coca-Cola şirkətindən Trend-ə verilən məlumata görə, 23 iyun 2013-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkəti ilə birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində Dənizkənarı Bulvarda müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə möhtəşəm Olimpiya bayramı təşkil etdi. Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Olimpiya günü münasibətilə 1500 nəfərdən artıq insan ənənəvi kütləvi qaçışda qatıldılar.

Olimpiya bayramında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Coca-Cola şirkəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəriyi, Olimpiya və Paralimpiya mükafatçıları, müxtəlif idman federasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi.

"Bu gün aramızda çoxlu fəal gənc Olimpiya Gaçış Gününə qatılıb, və idmana olan bu böyük marağ bizi sevindirir. Coca-Cola ilə Milli Olimpiya Komitəsi 1997-ci ildə başlamış uğurlu əməkdaşlığımız və Coca-Cola-nın olimpiya hərəkatına tövhəsi çox vacıbdir. Belə möhtəşəm tədbirin keçirilməsində aidiyyatı bütün hökumət, idman və qeyri-idman qurumlarına, tədbirin təşkilatçılıq işlərində könüllü kimi iştirak edən insanlara xüsusi təşəkkürmü bildirirəm." - Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti, Çingiz Hüseynzadə bildirdi.

"Coca-Cola-da biz sağlam həyat tərzini dəstəkləməkdən gürur duyuruq. "Fəal Ailəm - Sağlam Aləm" kampaniyası bizim Azərbaycan icmalarında sağlam və fəal həyat tərzinə bağlı olduğumuzun bir neçə yolunu vurğulayır. Biz, fiziki aktivliyin gündəlik həyatda mühüm rol oynadığı bir mədəniyət qurmaq istəyirik." - Coca-Cola-nın Azərbaycanda Baş Direktoru, Lisani Atasayan bildirdı.

"Olimpiya Qaçış Günü" nün fəxri qonağı olam, Milli Olimpiya Səfiri, Olimpiya çempionu, idman ustası Fərid Mənsurov da, öz çıxışında, fiziki aktivliyin gündəlik həyatda vacib rolundan danışdı.

Coca-Cola 115-dən çox olkədə 280 fiziki fəaliyyət və qidalanma təhsil proqramları maliyyələşdirir. 2008-ci ildə, Coca-Cola, 2015-ci ilə gədər, fəaliyyət göstərdiyi 200-dən artıq ölkənin hər birində ən azı bir fiziki fəaliyyət proqramın olmasını hədəf edib. Coca-Cola hökumət, icma, və səhiyyə təşkilatları ilə birgə, sağlam həyat tərzi dəstək proqramları daim keçirməkdədir. Olimpiya Gaçış Günü, Coca-Cola-nın və Milli Olimpiya Komitəsinin 5-illik tərəfdaşlığı çərçivəsində keçirilən, "Fəal Ailəm - Sağlam Aləm" sağlam həyat tərzinin təbliğinə həsr olunan kampaniyasının tədbirlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti