...

ÜST Azərbaycanda uşaqlarda pnevmakokk infeksiyalarına qarşı peyvəndin aparılmasına hazırlıq səviyyəsini araşdıracaq

Cəmiyyət Materials 27 İyun 2013 12:06 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda uşaqların pnevmakokk infeksiyalarına qarşı peyvəndin aparılmasına hazırlıq səviyyəsini araşdıracaq.
ÜST Azərbaycanda uşaqlarda pnevmakokk infeksiyalarına qarşı peyvəndin aparılmasına hazırlıq səviyyəsini araşdıracaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda uşaqlarda pnevmakokk infeksiyalarına qarşı peyvəndin aparılmasına hazırlıq səviyyəsini araşdıracaq. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, bu məqsədlə yaxın vaxtlarda ÜST-nin qiymətləndirmə missiyasının Azərbaycana səfəri gözlənilir: "ÜST-nin ekspertləri tərəfindən hazırlıq işlərinin səviyyəsi qiymətləndiriləcək. Ondan sonra isə respublikaya vaksin ehtiyatı gətiriləcək".

A.Əliyeva bildirib ki, bu ilin sonuna kimi Azərbaycanda uşaqların pnevmokokk infeksiyalarına qarşı peyvənd edilməsinə başlamaq nəzərdə tutulur. Pnevmakokk əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Artıq vaksinin istifadəsinə dair təlimatlar hazırlanıb, treninqlər keçirilir.

Qeyd edək ki, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib ki, bu gün Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti