...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 28 İyun 2013 10:24 (UTC +04:00)
İyunun 28-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 28 iyun /Trend /

İyunun 28-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Qəzetin bu sayında oxucular 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilməsi, Mehriban Əliyevanın sədrliyi ilə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclasının təfərrüatları, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın müdafiə nazirinin Bakıda hərbi paradın keçirilməsi ilə bağlı əsassız bəyənatına cavabı, TAP layihəsinin Azərbaycan qazını Avropaya ötürəcək boru xətti kimi seçilə bilməsi, Azərbaycanda ilk dəfə keçiriləcək dünya ulduzlarının holoqram konserti və digər maraqlı məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti