...

Azərbaycanın hərbi hissələrində xüsusi rejimin tətbiqinə başlanılıb

Cəmiyyət Materials 28 İyun 2013 11:44 (UTC +04:00)
Azərbaycanda yay fəslində havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
Azərbaycanın hərbi hissələrində xüsusi rejimin tətbiqinə başlanılıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yay fəslində havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinində Trend-ə bildirilib ki, artıq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, isti yay günlərində şəxsi hərbi hissələrdə şəxsi heyət saat 11:00-dan 17:00-dək günün altında olmur, əsasən kölgəliklərdə və kazarma şəraitində saxlanılır, xidməti işlərə cəlb olunmur.

Artıq bununla bağlı hərbi hissələrə müvafiq telefonoqramlar da göndərilib. Məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, xüsusən də günvurmadan qorumaqdır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, növbəti ay Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti