...

Təhsil Nazirliyi: İbtidai sinif müəllimləri iki sinif komplektində dərs apara bilməzlər

Cəmiyyət Materials 29 İyun 2013 14:10 (UTC +04:00)
Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir.
Təhsil Nazirliyi: İbtidai sinif müəllimləri iki sinif komplektində dərs apara bilməzlər

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun təsdiqlədiyi "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları"na əsasən, zəruri ehtiyac olduqda təhsili idarəetmə orqanlarının və ya təhsil müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması TN-nin razılığı ilə həyata keçirilir.

İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən

müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə

məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində sabit saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti