...

"Zeytun bağları" markası Nizami rayonunda tədbir təşkil etdi (FOTO)

Cəmiyyət Materials 1 İyul 2013 18:14 (UTC +04:00)
"Azərsun Holdinq”in “Zeytun bağları” markası Azərbaycanın təbii sərvəti olan Zeytun ağaclarına qulluq kampaniyası çərçivəsində Nizami rayonunda tədbir keçirdi.
"Zeytun bağları" markası Nizami rayonunda tədbir təşkil etdi (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Azərsun Holdinq"in "Zeytun bağları" markası Azərbaycanın təbii sərvəti olan Zeytun ağaclarına qulluq kampaniyası çərçivəsində Nizami rayonunda tədbir keçirdi. İyunun 29-u Azərsun Holdinq və Dövlət İdarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı Nizami rayon təşkilatının üzvləri rayon ərazisində yerləşən, ötən əsrin 70-ci illərində Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınan zeytunluq bağında iməcilik keçirildi. 50-dən artıq könüllü, ziyanvericilər ilə mübarizədə vacib olan və yay aylarında xüsusi önəm daşıyan işləri görərək, ağacları əhənglədilər, eyni zamanda ağacların altı belləndi və sulandı.

Aksiya Nizami rayonunda 1 həftə ərzində davam edəcək. Azərbaycan zeytununun qoruyucusu və himayəçisinə çevrilən "Zeytun bağları" markasının təşəbbüsü ilə kampaniya Abşeron yarımadasında zeytunçuluğun təbliğinə dəstək olaraq Bakının digər rayonlarında da davam etdiriləcək.

"Azərsun Holdinq"in "Zeytun bağları" markası Abşeron zeytunundan hazırlanır və ağaclardan toplanan məhsul şirkətlər qrupunun Dübəndidə fəaliyyət göstərən Zeytun Emalı Fabrikində emal edilir. "Zeytun bağları" markası təbii və yüksək keyfiyyəti ilə artıq ölkə sərhədlərindən kənarda da tanınmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti