...

TQDK əlil abituriyentlərə müraciət edib

Cəmiyyət Materials 5 İyul 2013 18:02 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş əlil abituriyentlərə müraciət edib.
TQDK əlil abituriyentlərə müraciət edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş əlil abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumatda deyilir: "TQDK həmişə olduğu kimi, qəbul imtahanlarında sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün müvafiq şəraitin təmin olunmasını xüsusi diqqətdə saxlayır. Təəssüf ki, bəzi hallarda həmin abituriyentlərin müvafiq sənədləri Komissiyaya vaxtında təqdim etməmələri, bir çox hallarda isə bu barədə məlumatı imtahan günü bildirmələri onlara sağlamlıq imkanları ilə bağlı müvafiq imtahan şəraitinin yaradılmasını mümkünsüz edir".

Bunu nəzərə alaraq, I qrup gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərdən müvafiq sənədləri 2013-cü il iyulun 10-dək Bakı şəhəri üzrə TQDK-nın inzibati binasına, digər bölgələr üzrə isə Komissiyanın müvafiq regional bölməsinə təqdim etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti