Azərbaycan, Bakı, 7 iyul /Trend/
Bakının Tbilisi prospektinin bağlanan hissəsi avtomobillərin hərəkəti üçün tam açıldı. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda təmir aparılan ərazidə işlərr tam başa çatıb və avtomobillərin hərəkəti üçün tam açıqdır.
Mürsəliyev qeyd edib ki, iyulun 8-dən təmir işləri ilə əlaqədar Tbilisi prospektinin A.Salamzadə küçəsi ilə kəsişməsindən Ş.Mehdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanacaq.
Qeyd edək ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin bir hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar iyunun 28-i gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmuşdu.