...

Bakıda təsərrüfat malları istehsal edən müəssisənin işinə qadağa qoyuldu (FOTO)

Cəmiyyət Materials 8 İyul 2013 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/

Qanunvericiliyin tələblərini pozduğuna görə "Osman Plastik Sənaye və Ticarət" MMC-yə bir neçə adda məhsulun istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən "Osman Plastik Sənaye və Ticarət" MMC-də plastik və metal təmir-təsərrüfat məhsullarının istehsalı və idxalına dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə sinklənmiş metal materialdan künclük normativ sənədi olmadan, sinklənmiş metal materialdan tara uyğunluq sertifikatı və işçi çertyoju (cizgi) olmadan, plastik kütlədən tara çertyojlar olmadan, alüminium materialından ЛСА tipli pilləkan, təsərrüfat fırçaları işçi cizgisi olmadan istehsal olunurmuş.

Həmçinin müəssisədə istehsal olunan təsərrüfat süpürgələrinin üzərində Türkiyənin ştrix kodu, süpürgənin dəstəyində isə İtaliyanın ştrix kodu göstərilsə də, hər iki etiketdə "Kozmo" əmtəə nişanı, istehsalıçının isə "Rəmzi" firması olduğu qeyd edilib. Müəssisədə istismar olunan ölçmə vasitələrinin vəziyyətinin də qeyri-qənaətbəxş olduğu, 75 ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati protokol tərtib edilib, "Osman Plastik Sənaye və Ticarət" MMC-yə sinklənmiş metal materialdan künclük və taranın istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti