...

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə əlaqədar fitva verib

Cəmiyyət Materials 8 İyul 2013 15:17 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fitva verib.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə əlaqədar fitva verib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fitva verib.

Trend-in məlumatına görə, Şuranın bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 10-da başlayır və iyulun 9-u orucluğun niyyət gecəsidir. Hər ehtimala qarşı iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir.

Ayın görünməsindən asılı olaraq Ramazan bayramı Şəvval ayının 1-nə (miladi təqvimlə avqustun 8-i və ya 9-na) təsadüf edəcək.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə və 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti