...

Saxta əsginazların dövriyyəsi ilə məşğul olmaqda ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 8 İyul 2013 15:41 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta əsginazların dövriyyəsi ilə məşğul olmaqda ittiham olunan Polad Salmanov, Rac Süleymanov və Fəxriyyə Qarayevanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Saxta əsginazların dövriyyəsi ilə məşğul olmaqda ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Məmmədov/

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta əsginazların dövriyyəsi ilə məşğul olmaqda ittiham olunan Polad Salmanov, Rac Süleymanov və Fəxriyyə Qarayevanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rac Süleymanov 8 il 6 ay, Polad Salmanov 8 il 6 ay, Fəxriyyə Qarayeva 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər Bakının Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Rac Süleymanovun mənzilinə baxış zamanı oradan 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əsginazlar aşkar edilərək götürülüb. Bundan başqa, saxlanılan şəxslərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaları da müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 204.3.2-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma), 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti