Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsbalayeva/
Bu il Azərbaycanda ilk dəfə olaraq, imtahanların keçirilməsi üçün helikopterlərdən istifadə ediləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini Namiq Babayev deyib.
Onun sözlərinə görə, imtahan materialları helikopterlər vasitəsilə vaxtında yerlərə çatdırılacaq. Hər il olduğu kimi, bu il də ali məktəblərə qəbul imtahanları bütün yerlərdə saat 11.00-da başlayacaq.
Bu il ilk dəfə olaraq, imtahanlar respublikanın 11 şəhərində-Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göycay, Şirvan, Lənkəran, Mingəcevir, Qubada keçiriləcək.
Bu il də qəbul imtahanlarının çox yüksək səviyyədə keçiriləcəyinə əmin olan N.Babayev deyib ki, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi zamanı onların yaş qrupları nəzərə alınır.