...

Son 3 ildə Azərbaycanda ali məktəblərə sənəd verən abituriyentlərin sayı 7 min nəfər azalıb

Cəmiyyət Materials 12 İyul 2013 13:10 (UTC +04:00)
Son 3 ildə - 2011-2013-cü illərdə Azərbaycanda ali məktəblərə sənəd verən abituriyentlərin sayı 7 min nəfər azalıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Son 3 ildə Azərbaycanda ali məktəblərə sənəd verən abituriyentlərin sayı 7 min nəfər azalıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Son 3 ildə - 2011-2013-cü illərdə Azərbaycanda ali məktəblərə sənəd verən abituriyentlərin sayı 7 min nəfər azalıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

N.Babayev bildirib ki, ötən müddətdə yalnız I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin sayı artıb. 2011-ci ildə I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin sayı 33 589 idisə, 2013-cü ildə bu rəqəm 36 877 nəfər olub.

N.Babayevin sözlərinə görə, son 2 ildə I qrup üzrə sənəd verənlərin sayı 10% artıb. II ixtisas qrupu üzrə isə bu abituriyentlərin sayında 12 % azalma müşahidə edilib. Bu qrup üzrə 2011-ci ildə sənəd verən abituriyentlərin sayı 26 399 nəfər idisə, 2013-cü ildə bu rəqəm 23 054-ə enib. Bu azalmanı müəyyən qədər keçid balları ilə də əlaqələndirən N.Babayev bildirib ki, III qrup üzrə sənəd verən abituriyentlərin sayında da azalma müşahidə edilib. 2011-ci ildə III qrupa sənəd vermiş 32 870 nəfər abituriyentin sayı 2013-cü ildə 28 933-ə düşüb. Bu qrup üzrə sənəd vermiş abituriyentlərin sayı təqribən 4 minədək azalıb.

Komissiyanın sədrinin müavini deyib ki, IV qrup üzrə də abituriyentlərin sayı azalıb. Belə ki, 2011-ci ildə bu qrupa sənəd verənlərin sayı 14 626 olduğu halda, 2013-cü ildə 11 914 nəfər olub.

N.Babayevin sözlərinə görə, ən çox abituriyent sayı 2009-cu ildə qeydə alınıb. Həmin il onların sayı 113 min nəfər olub. 2010-ci ildə abituriyentlərin sayı 112 min, 2011-ci ildə isə 107 484 olub. 2012-ci il 100 621, bu il 100 778 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti