...

Türkiyədə 150 mindən artıq şəxs sürücülük hüququndan məhrum edilib

Cəmiyyət Materials 16 İyul 2013 17:02 (UTC +04:00)
2012-ci ildə Türkiyədə 157,6 min nəfər sürücülük hüququndan məhrum edilib.
Türkiyədə 150 mindən artıq şəxs sürücülük hüququndan məhrum edilib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Tağıyeva/

2012-ci ildə Türkiyədə 157,6 min nəfər sürücülük hüququndan məhrum edilib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, sürücülük hüququndan məhrumetmə hallarının çoxu (137,9 min) avtomobili sərxoş vəziyyətdə idarə etməklə bağlı olub. Bundan başqa, 173 nəfər sürət həddıni aşdığını görə bu cəzaya məruz qalıb. Qalan 17,4 min sürücü isə cərimə balı həddini keçmələri səbəbindən bu hüquqdan məhrum olublar.

2011-ci illə müqayisədə ötən il avtomobili sərxoş vəziyyətdə idarəetmə ilə əlaqədar sürücülük hüququndan məhrumetmə halları artıb. Xüsusilə, 2011-ci ildə bu səbəbdən 131,7 min nəfər sürücülük hüququndan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti