...

III qrup üzrə qəbul imtahanında 495 nəfər 600-dən yuxarı bal toplayıb

Cəmiyyət Materials 17 İyul 2013 11:42 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrinə əsasən (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 495 nəfəri 600-dən yuxarı bal toplayıb.
III qrup üzrə qəbul imtahanında 495 nəfər 600-dən yuxarı bal toplayıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrinə əsasən (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 495 nəfəri 600-dən yuxarı bal toplayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə deyib ki, imtahanda 1879 abituriyent 500-dən yuxarı bal toplayıb. İmtahanda 400-dən yuxarı bal toplayanların sayı 4492 nəfərdir. III qrup üzrə qəbul imtahanında 300-dən yuxarı bal toplayan abituriyentlərin sayı 8063 nəfər, 250-300 bal toplayanların sayı isə 2090 nəfər olub.

Qeyd edək ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28 944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən 27 819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda 10 153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. III ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seşimi avqustun 6-dan 15-dək internetlə aparılacaq. İxtisas seçiminə buraxılmış abituriyentlər qəbul olmaq istədikləri avqustun15-dək ixtisas kodunu "İxtisas seçimi ərizəsi"ndə qeyd edəcəklər.

Xatırladaq ki, III qrup üzrə qəbul imtahanlarında 4 nəfər 700 bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti