...

Səhiyyə Nazirliyi: Bakıda məişət tullantılarının toplanması üçün tutarlar kifayət qədər deyil

Cəmiyyət Materials 18 İyul 2013 14:03 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan mənzil kommunal təsürrüfat obyektləri, inzibati rayonlarda fəaliyyət göstərən təşkilatlar kifayət qədər işlər aparsalar da, əhalinin sayına uyğun olaraq məişət tullantılarının toplanması üçün tutarlar bu gün kifayət qədər deyil.
Səhiyyə Nazirliyi: Bakıda məişət tullantılarının toplanması üçün tutarlar kifayət qədər deyil

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan mənzil kommunal təsürrüfat obyektləri, inzibati rayonlarda fəaliyyət göstərən təşkilatlar kifayət qədər işlər aparsalar da, əhalinin sayına uyğun olaraq məişət tullantılarının toplanması üçün tutarlar bu gün kifayət qədər deyil.

Trend-in məlumatılna görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görüldüyü tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konteynerlərin, ərazinin ağcaqanadlar, gəmiricilərə qarşı dezinfeksiyası işləri kifayət qədər aparılmır. Bu da əhali arasında haqlı narazılığa səbəb olur. Məişət tullantıların yığılması üçün meydançaların kifayət qədər olmaması, tutarların dezinfeksiya edilməsi ilə bağlı dəfələrlə işlər görülsə də, müəyyən problemlər hələ də var.

Z.Kazımov bildirib ki, yay mövsümündə içməli suya təlabat artdığına görə Bakı şəhərinin ayrı-ayrı park və meydançalarında qanunsuz mövsümü obyektlər çayxanalar təşkil olunur. Bunlar da vətəndaşlar arasında xəstəliklərin yayılması üçün real təhlükə mənbələridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti