...

Azərbaycanda elmi işçilər 3 ildən bir attestasiyadan keçiriləcək

Cəmiyyət Materials 19 İyul 2013 15:09 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nı təsdiq edib.
Azərbaycanda elmi işçilər 3 ildən bir attestasiyadan keçiriləcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nı təsdiq edib.

NK-dan Trend-ə verilən məlumata görə, attestasiyanın məqsədi elmi işçilərin tutduqları vəzifələrə uyğunluğunu araşdırmaqdır. Attestasiya elmi işçinin lazımi bilik və ixtisas səviyyəsi, əldə etdiyi nəticələrin obyektiv və hərtərəfli qiymətləndirilməsi əsasında aparılır. Bu zaman elmi işçinin tutduğu vəzifənin səciyyəvi xüsusiyyətlərini, bu vəzifənin tələblərini və öhdəliklərini yerinə yetirə bilmək qabiliyyəti nəzərə alınmalıdır.

Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərin attestasiyası aparılır. Hər bir elmi işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir.

Attestasiya olunan elmi işçinin yalnız siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

İşəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq, elmi işçinin razılığı ilə onu başqa müvafiq işə və vəzifəyə (peşəyə) keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti