Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Beynəlxalq Unversitetinin sabiq rektoru Elşad Abdullayevin işi Baş prokuror yanında yaradılan Xüsusi İstintaq Komissiyasının icraatındadır. Trend xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
İTV-nin sabiq direktoru İsmayıl Ömərovun barəsində mediada yayılan məlumatlara da toxunan E.Sultanov deyib: "İsmayıl Ömərov barəsində cinayət işi başlanmayıb. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunub".