...

Seymur Orucov: Dövlət başçısı jurnalistlərə ikinci həyat bəxş etdi

Cəmiyyət Materials 23 İyul 2013 15:04 (UTC +04:00)
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev hər zaman olduğu kimi, növbəti dəfə də humanist bir addım atdı.
Seymur Orucov: Dövlət başçısı jurnalistlərə ikinci həyat bəxş etdi

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev hər zaman olduğu kimi, növbəti dəfə də humanist bir addım atdı. Belə ki, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı binanın tikintisinə başlanıldı və 156 mənzilli binanın tikintisi üçün dövlət vəsaiti ayrıldı. Bu barədə Trend-ə YAP Gənclər Birliyinin (GB) sədri Seymur Orucov bildirib.

Orucovun sözlərinə görə, dünyanın heç bir dövlətində belə təcrübəyə rast gəlinməyib: "Dövlət başçısı jurnalistlərin əməyini yüksək qiymətləndirərək, onlara ikinci həyat bəxş etdi. Ən maraqlısı isə odur ki, burada tək iqtidaryönümlü mətbuata deyil, eləcə də Azərbaycan hakimiyyətini hər zaman tənqid atəşinə tutan müxalifyönümlü mətbuata da pay düşdü. Bu bir daha onu göstərir ki, Azərbaycanda siyasi plüralizm var və mətbuat azadlığı yüksək həddədir. Düşünürəm ki, ölkədə jurnalistlər obyektiv olmalı və Prezident İlham Əliyevin göstərdiyi etimada daha adekvat davranmalıdırlar. Onlar jurnalistikanın yeniliklərini qəbul edərək, yeni bir institutun formalaşması üçün əllərindən gələni etməlidirlər".

YAP GB-nin sədri təəssüflə vurğulayıb ki, Avropa İttifaqı, Avropa Şurası, bütün müxalifət düşərgəsi və digər qurumlar bu əlamətdar hadisə ilə bağlı heç bir açıqlama verməyiblər və ölkə rəhbərinə təşəkkür etməyiblər: "Çünki onların işi-gücü ancaq ağa qara demək olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti