Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.İzzət/
Avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, "Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Tədbirlə əlaqədar BDYPİ nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin, eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan sürücülərinin nəzərinə: "Təmiz hava" aylığı keçiriləcək
Avqustun 1-dən 31-dək Respublikasr Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.