Azərbaycan, Bakı, 30 iyul / Trend/
Ford Fiesta daha tələbkar və məşhur xanımlardan ibarət jurinin seçim etdiyi müsabiqədə qalib oldu. Bu barədə Trend-ə çərşənbə axşamı "FNC Motors" şirkəti "İlin dünya qadın avtomobili" yarışmasının münsiflər heyəti 18 xanım jurnalistdən təşkil edilmişdi ki, onlara qalib adına iddialı avtomobilləri 8 nominasiya - xarici görünüş, təhlükəsizlik, yük yerinin genişliyi, idarəetmədə yüngüllük , ekologiyanın qayğısına qalınması, rəng və cazibədarlığı üzrə qiymətləndirmək etibar edilmişdi. Bu yarışda öz perspektivlərini Mazda CX-5 və Range Rover kimi avtomobillər göstərsələr də, onlar sinfinin B ölçülü, 1.0 l EcoBoost mühərrikli heçbekinə məğlub oldular.
"Fiesta möhtəşəm görünür və hiss edilir". Əvvəl görünməmiş yanacağa qənaəti və dinamikanı təmin edən 1.0 litrlik EcoBoost mühərriki ilə Ford Fiesta bütün nominasiyalarda qalib oldu"-Böyük Britaniyadan olan juri Viktorina Makmillan öz seçimini belə əsaslandırdı.
Onun sözlərini həmvətənlərinin avtomobil alarkən xüsusi diqqət qiymətinə və daxili genişliyinə diqqət ayıran Cənubi Afrikadan olan Şarlin Klark da təsdiq edir. "Ancaq Cənubi afrikalılar tanıdıqları və etibar etdikləri brendləri sevirlər. Xüsusi ilə də EcoBoost mühərrikli Fiesta kimi model avtomobil sahiblərinin sevgisini qazanıb".
Yeri gəlmişkən keçən il juri ilin qadın avtomobili adına Range Rover Evoque avtomobilini layiq görmüşdülər.
"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.
Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan