...

Ağdamda 7 min il yaşı olan yaşayış məskəni aşkarlanıb

Cəmiyyət Materials 6 Avqust 2013 15:48 (UTC +04:00)
Ağdamın Eyvazlı kəndi yaxınlığında qazıntı işləri aparan arxeoloqlar Qafqazın ən erkən oturaq maldar əkinçi tayfalarına məxsus yaşayış məskəni aşkarlayıblar.
Ağdamda 7 min il yaşı olan yaşayış məskəni aşkarlanıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Ağdamın Eyvazlı kəndi yaxınlığında qazıntı işləri aparan arxeoloqlar Qafqazın ən erkən oturaq maldar əkinçi tayfalarına məxsus yaşayış məskəni aşkarlayıblar.

Trend EL TV-yə istinadən xəbər verir ki, İsmayılbəy təpəsində aşkarlanan yaşayış məskəninin 7 min il yaşı var. Bir hektar ərazini əhatə edən qədim yaşayış məskəni beş mədəni təbəqədən ibarətdir.

Bu, arxeoloqların Ağdamın işğal olunmayan ərazilərində son iki ildə aşkarladığı sayca 62-ci qədim yaşayış məskənidir. Arxeoloqlar hesab edirlər ki, Neolit dövrünə aid olan tarixi abidəni tədqiq etməklə dünya arxeoloqları həm ən qədim insanların əkinçilik mədəniyyətinə keçid dövrünü, həm də xalqımızın genetik, xronoloji və maddi mədəni həyatını öyrənə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti