...

“ToDAY is SATURDAY” layihəsi çərçivəsində görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2013 13:46 (UTC +04:00)
Layihə çərçivəsində Rusiyanın RTR, Ekspert TV kimi telekanallarında təcrübə proqramı keçmiş, ATV Xəbər proqramının aparıcısı, “Nitq mədəniyyəti” və “Bədən jestlərinin dili” üzrə ekspert Ceyhun Əlinin iştirakı ilə “Bədən Jestlərinin dili - Rəhbər heyətinin stili” mövzusunda görüş keçirilib.
“ToDAY is SATURDAY” layihəsi çərçivəsində görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3 avqust 2013-cü il tarixində "ToDAY is SATURDAY" layihəsinin ilk görüşü keçirilib. Görüş 30 nəfərə yaxın gəncin, ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Gənclər Evində keçirilib. Bu barədə Trend-ə qurumdan məlumat verilib.

Layihə çərçivəsində Rusiyanın RTR, Ekspert TV kimi telekanallarında təcrübə proqramı keçmiş, ATV Xəbər proqramının aparıcısı, "Nitq mədəniyyəti" və "Bədən jestlərinin dili" üzrə ekspert Ceyhun Əlinin iştirakı ilə "Bədən Jestlərinin dili - Rəhbər heyətinin stili" mövzusunda görüş keçirilib. Görüş ekspertin təqdimatında gənclər tərəfindən marağa səbəb olmuş və interaktiv diskussiyalar aparılmışdır.

Görüşdə məqsəd gənclərdə yenilik əldə etmək şansı qazandırmaq, onların nitq mədəniyyəti sahəsində biliklərinin artırılmasında və nitq qabiliyyətinin gücləndirilməsində yardımçı olmaqdır.

Növbəti görüşlərdə iştirak etmək üçün https://www.facebook.com/nayora.az ünvanını mütəmadi olaraq izləyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti