Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Bakının Nizami, Xətai, Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində (Koroğlu metrosunun yaxınlığı) 700 mm diametrli magistral su xətti üzərində yeni siyirtmə quraşdırılır.
Bununla əlaqədar avqustun 17-də gün ərzində Nizami, Xətai, Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.