Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 618 qida zəhərlənməsi baş verib. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) məlumat veriblər.
Mərkəzdən bildirilib ki, qida zəhərlənməsi nəticəsində 921 nəfər zəhərlənib. Bu müddətdə 19 botulizm hadisəsi baş verib. Nəticədə 23 nəfər zərər çəkib. Zəhərlənmə hadisələrinin hamısı məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.
Bu ilin yalnız iyul ayı ərzində Azərbaycanda 229 qida zəhərlənməsi baş verib. Qida zəhərlənməsi nəticəsində 241 nəfər zəhərlənib. İyul ayı ərzində botulizm hadisəsi baş verməyib.