...

ASAIF-in XI Bakı Yay forumunu keçirəcək

Cəmiyyət Materials 22 Avqust 2013 12:28 (UTC +04:00)
Forumun rəsmi hissəsi 30-31 avqustda Bakıda, Alov Qüllələrinin (Flame Towers) birində yerləşən Fairmont Baku Hotelində baş tutacaq, qeyri-rəsmi hissəsi isə sentyabrın 1-də gənclərin Azərbaycanın şəfalı guşələrindən birinə səfəri ilə başa çatacaq.
ASAIF-in XI Bakı Yay forumunu keçirəcək

Azərbaycan, Bakı, 22 avqust /Trend/

ASAIF-in (Xaricdə təhsil alan və məzun olmuş gənclərin beynəlxalq forumu) XI Bakı Yay forumunu keçirəcək.

ASAİF-dən Trend-ə bildiriblər ki, bu, ASAIF-in artıq XI ənənəvi yay forumudur. Forum 45 ölkədən olan 600 nəfərdən artıq gəncin iştirakı ilə baş tutacaq. Əsas yeniliklərdən biri də bu il "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı" ilə qəbul olub xaricdə təhsil alacaq olan gənclərin seçim prosesindən azad şəkildə birbaşa foruma dəvətli olmasıdır".

Forumun rəsmi hissəsi 30-31 avqustda Bakıda, Alov Qüllələrinin (Flame Towers) birində yerləşən Fairmont Baku Hotelində baş tutacaq, qeyri-rəsmi hissəsi isə sentyabrın 1-də gənclərin Azərbaycanın şəfalı guşələrindən birinə səfəri ilə başa çatacaq: "Forumun keçirilməsində əsas məqsəd tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirmək, xaricdə məzun olmuş gənclərin məzun olacaq insanlarla təcrübə mübadiləsi aparmasıdır. Həmçinin, əldə edilən uğurlar barəsində gənclərin məlumatlandırılması, xüsusilə Təhsil sahəsində aparılan yeni strategiya ilə gənclərin dolğun informasiya ilə təmin olunması, diaspora və lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ olunmasıdır".

Gənclər forumun proqramı ilə və panellərdə müzakirə olunacaq mövzularla yaxın zamanda tanış olacaqlar. Forumun qeydiyyatından keçmək üçün ərizə formasını www.asaif.org saytından yükləyə bilər və [email protected] elektron ünvana göndərə bilərsiniz.

Xatırladırıq ki, qeydiyyat üçün son gün 26 Avqust 24:00-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti