...

Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi fəaliyyət göstərir

Cəmiyyət Materials 22 Avqust 2013 14:22 (UTC +04:00)
Hazırda Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.
Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi fəaliyyət göstərir

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, son 10 ildə qanunsuz fəaliyyət göstərən və ya müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. son 10 ildə qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülüb. Bu günədək 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. Keçirilən reydlər zamanı istifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkar olunaraq müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti