...

Azərbaycanın "Qirmizi kitabı"nın II cildi nəşrə hazirlanır

Cəmiyyət Materials 26 Avqust 2013 18:22 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Azərbaycan Respublikasının "Qırmızı kitabı"nın II cildini nəşrə hazırlayır.
Azərbaycanın "Qirmizi kitabı"nın II cildi nəşrə hazirlanır

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Azərbaycan Respublikasının "Qırmızı kitabı"nın II cildini nəşrə hazırlayır.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, kitabda beynəlxalq və milli statusa malik nadir, nəsli kəsilmək üzrə olan fauna növlərinin sıyahısı dəqiqləşdirilib. Təbiətin qorunub saxlanmasına xidmət edən nəşrin hazırlanması respublika Prezidentinin 24 mart 2006-cı il tarixli "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamından irəli gəlir. İşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Kitabın məsul redaktoru Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərovdur. Onun sözlərinə görə, II cildə 223 fauna növü daxil edilib. Onların sırasında 1 növ həlqəvi qurd, 1 növ xərçəngkimi, 1 növ molyusk, 74 növ həşərat, 6 növ suda-quruda yaşayan, 14 növ sürünən, 9 növ balıq, 72 növ quş və 42 növ məməli də vardır.

Kitaba daxil olan növlər Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın Qırmızı siyahısına uyğun olaraq, mənfi təsirlərə məruz qalanlar, təhlükə həddinə yaxınlaşanlar, kritik vəziyyətdə olanlar, az öyrənilənlər, yayılma zonası azalan və böhran vəziyyətinə çatanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti