...

Azərbaycanın ali məktəblərində dövlət imtahanları vahid qayda ilə keçirilə bilər

Cəmiyyət Materials 28 Avqust 2013 15:15 (UTC +04:00)
Azərbaycanda tələbələr üçün vahid dövlət imtahanı tətbiq oluna bilər.
Azərbaycanın ali məktəblərində dövlət imtahanları vahid qayda ilə keçirilə bilər

Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir M.Əliyev/

Azərbaycanda tələbələr vahid dövlət imtahanı verə bilərlər.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov "Facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırarkən bildirib ki, gələcəkdə biliklərin unifikasiya edilmiş şəkildə ölçülə bilməsinin, yəni müxtəlif universitetləri keçmiş tələbələrin eyni meyarlara əsasən əldə etdikləri biliklərin ölçülməsinin imkanları araşdırılır.

M.Cabbarov, həmçinin deyib ki, ali məktəblərdə dövlət imtahanının ləğv olunması nəzərdə tutulmur: "Ali təhsil sistemində olan problemlərdən biri də ondan ibarətdir ki, tələbə olmaq üçün hamı eyni imtahandan keçir, lakin təhsil zamanı biliklərin ölçülməsində vahid bir qayda yoxdur. Hər bir universitet özü tətbiq etdiyi metodologiyadan istifadə edir. Dövlət imtahanı bunun üçün faydalı ola bilər".

Nazir tələbələrə çağırış edərək deyib ki, ali təhsil sistemində oxuyan tələbələr öz tələbəlik vaxtlarını təhsilə yönəltsinlər: "Bu ən yaxşı sərmayədir və diplomda olan qiymət ikinci dərəcəlidir. Təhsil Nazirliyi isə çalışacaq ki, diplomlarda göstərilən qiymətlər biliklərə adekvat olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti