Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan ərazisində mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz çənub küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 4-də əsasən gecə və axşam Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.