...

Təhsil Nazirliyi müəllimlərin iş yerini dəyişməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 10 Sentyabr 2013 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi kənd məktəblərində işləyən müəllimlərin iş yerini ailə vəziyyəti ilə şəhər məktəbinə hansı qaydada dəyişə bilmələrinə aydınlıq gətirib.

Trend nazirliyin saytına istinadən bildirir ki, bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır.

Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir.

Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti