Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı vermiş namizədlərin 36-sı müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, sentyabrın 10-da daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib.
Namizədlərdən 36 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 90 bal olub.