Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Səhiyyə Nazirliyi Azərbaycanda apteklərdə eyni dərmanların vahid qiymətlə satılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayevin sözlərinə görə, bu təklifləri hazırlamaq üçün Türkiyə, Avstriya, Avropa ölkələrinin təcrübələri öyrənilib:
"Yəqin ki, yaxın zamanlarda bu istiqamətdə müvafiq işlərə başlanacaq, ölkənin bütün apteklərində eyni dərmanların qiyməti vahid olacaq və onların üzərində qiymətləri göstəriləcək".