...

Bakıda BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası keçiriləcək

Cəmiyyət Materials 14 Sentyabr 2013 12:09 (UTC +04:00)
Bu ilin oktyabrında Gənclər və İdman Nazirliyi ilə birgə BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası keçiriləcək.
Bakıda BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası keçiriləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu ilin oktyabrında Gənclər və İdman Nazirliyi ilə birgə Bakıda BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası keçiriləcək.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Gənclər Təşkilatlarının I Milli Konqresində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının nümunəvi iclasında çoxlu sayda ölkələrdən olan gənclər iştirak edəcəklər. BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv ölkələrindən olan gənclərin də bu tədbirdə iştirakı reallaşdırılacaq: "Azərbaycan BMT Təhlükəsizlik Şurasında ikiillik təmsilçilik hüququ əldə edib. Bu il sonuncu il olduğunu nəzərə alaraq, BMT bu tədbirin Azərbaycanda keçirilməsi qərarına gəlib. Konfrans kibertəhlükəsizlik mövzusuna həsr olunacaq".

Rezident əlaqələndirici qeyd edib ki, Azərbaycan hökumətinin gənclərin ictimai-siyasi proseslərdə, sosial layihələrdə iştirak etməsinə yaratdığı şərait alqışa layiqdir. Azərbaycanda gənclərin dövlət qulluğunda və özəl sektorda iştirakı daim artır. Ölkədə gənclər siyasəti ilə bağlı artıq iki Dövlət proqramı da həyata keçirilib: "Gənclərlə bağlı həyata keçirilən layihələrə ayrılan vəsaitlərin həcmi dəfələrlə artıb. BMT görülən işləri anlayaraq, bu işin ölkənin gələcək
dayanıqlığına xidmət edəcəyi qənaətindədir. Son iki il ərzində biz Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti