...

Azərbaycanda turizm obyektlərinə lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq

Cəmiyyət Materials 16 Sentyabr 2013 10:52 (UTC +04:00)
Azərbaycanda yeni turizm qanunu qəbul olunduqdan sonra lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Azərbaycanda turizm obyektlərinə lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda yeni turizm qanunu qəbul olunduqdan sonra lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir deyib ki, turizm haqqında qanunun hazırlanması artıq tamamlanmaq üzrədir, beynəlxalq təşkilatlar da ona rəy bildiriblər: "Biz onun üzərində artıq geniş layihə proqramı formalaşdırmışıq. Yəni, qanunvericilik çərçivəsində normativ-hüquqi bazanı təkmilləşdirmişik, artıq beynəlxalq təcrübəyə əsaslanan bir sənəd qəbul olunacaq. Düşünürəm ki, bunun nəticəsində lisenziyanın verilmə qaydalarına, orada olan şərtlərə dəyişiklik ediləcək, o cümlədən turizm müəssisələrində, hotellərdə çalışan mütəxəsislərin daha çox olmasına xüsusi önəm veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti