...

Bakıda ilk dərs günü yaranmış tıxaclar qismən aradan qaldırılıb

Cəmiyyət Materials 16 Sentyabr 2013 11:01 (UTC +04:00)
Yeni dərs ilinin başlanması ilə əlaqədar bu gün Bakı şəhərinin mərkəzi küçələrində yerləşən təhsil müəssisələri ətrafında, onlara bitişik küçə və yollarda yaranmış tıxaclar görülən tədbirlər nəticəsində artıq aradan qaldırılıb.
Bakıda ilk dərs günü yaranmış tıxaclar qismən aradan qaldırılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçələrində yerləşən təhsil müəssisələri ətrafında, onlara bitişik küçə və yollarda yaranmış tıxaclar görülən tədbirlər nəticəsində artıq qısmən aradan qaldırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, tıxaclar əsasən saat 8:25-dən saat 9:25-dən müşahidə olunub: "Təhlkükəsizliyin təmin edilməsi istiqamətində yol polisi əməkdaşlarının dislokasiya üzrə təhkim edildiyi ərazilərdə xidmət aparmalarına baxmayaraq, həmin dəqiqələrdə yol zolaqları üzrə avtomobillərin sıx cərgələnməsi müşahidə olunub. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürəti saatda cəmi 5 km təşkil edib ki, bu da piyada yerişi sürəti deməkdir. Buna da səbəb avtomobillərin küçə və yollara bitişik təhsill müəssisələri ətrafında ləngiməsi olub. Hazırda nisbətən sıxlıq şəhərin Tbilisi və Babək prospektlərində, Rəşid Behbudov, Füzuli, Niyazi, Azərbaycan və Cəfər Cabbarlı küçələrində yaşanır. Lakin ümumən paytaxtda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti təmin edilib."

Bölmə rəisi qayda pozuntularına qarşı görülən cəza tədbirləri barədə də məlumat verib. Onun sözlərinə görə, ciddi yol qəzaları baş verməsə də, edilən xəbərdarlıqlara baxmayaraq, təhsil müəssisələri ətrafında dayanma, durma, parklanma qaydalarının pozulması ilə bağlı çoxlu faktlar aşkar edilib. Bununla bağlı sürücülər cərimələnib, avtomobillər müvəqqəti mühafizə olunan dayanacaqlara evakuasiya olunub, yaxud yerindəcə fotomateriallar hazırlanıb.

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir ki, məktəblərin yerləşdiyi əraziyə bitişik küçə və yollarda dayanmanı, durmanı, parklanmanı qadağan edən nişanların təsir zonasında dayanmaq və yaxud piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişdiyi nöqtəyə yaxın məsafələrdə, zolaqlı xətlərin üzərində avtomobillərin park edilməsi digər hərəkət iştirakçılarına maneə yaradır. Bu da yollarda süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarmasına səbəb olan hallardandır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə və avtomobil sahiblərinə bildirir ki, təhsil müəssisələri istiqamətində şəxsi avtomobillərlə hərəkət edərkən qeyd edilən göstəricilərə riayət edilsin,"- deyə Əsədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti