...

Bakı İstintaq təcridxanasında növbəti dəfə mobil telefon aşkar edilərək götürülüb

Cəmiyyət Materials 18 Sentyabr 2013 23:26 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında növbəti dəfə mobil telefon aşkar edilərək götürülüb.
Bakı İstintaq təcridxanasında növbəti dəfə mobil telefon aşkar edilərək götürülüb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bakı İstintaq təcridxanasında növbəti dəfə mobil telefon aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin və təcridxananın əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Xəlilov Rəfail Əli oğlunun kamerasına və üzərinə baxış keçirilən zaman "Cin" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti