...

Quba ərazisində yerləşən dağlara qar düşüb

Cəmiyyət Materials 24 Sentyabr 2013 11:44 (UTC +04:00)
Azərbaycanın şimalında yerləşən Quba rayonunun ərazisində yerləşən 3500 metr hündürlükdə dağlara qar düşüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Quba ərazisində yerləşən dağlara qar düşüb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın şimalında yerləşən Quba rayonunun ərazisində yerləşən 3500 metr hündürlükdə dağlara qar düşüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu barədə öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, bu, sentyabr ayı üçün rekord göstəricidir.

O bildirib ki, ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti