...

Azərbaycanda ilk dəfə sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir

Cəmiyyət Materials 27 Sentyabr 2013 11:17 (UTC +04:00)
Son illər Azərbaycanda orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır.
Azərbaycanda ilk dəfə sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Son illər Azərbaycanda orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır. Trend-in məlumatına görə, səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn-konfransda ünvanlanan sualları cavablandırarkən bildirib ki, 2012-ci ildə böyrək köçürülənlərin sayı 41, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

E.Ağayev bildirib ki, hazırda sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir.

Səhiyyə sistemində kadr islahatlarına dair sualı cavablandıran E.Ağayev deyib ki, səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır: "Nazirlik tərəfindən son illər ərzində bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, 2011-ci ilin yanvar ayından tibb işçilərinin inkişaf etmiş ölkələrdə qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədi ilə həyata keçirilir, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradır. Bir sözlə, demək olar ki, sertifikasiya - yalnız savadlı mütəxəssislərin praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması məqsədi daşıyır. Artıq bu günə kimi 10 mindən artıq həkim sertifikasiyadan keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti