...

Elsəvər Ağayev: Şəkərli diabet xəstələrinin ölüm göstəricisi əhəmiyyətli dərəcədə aşağı enib

Cəmiyyət Materials 27 Sentyabr 2013 11:35 (UTC +04:00)
Bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunur. Əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Trend-in məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn-konfransda ünvanlanan sualları cavablandırarkən bildirib.
Elsəvər Ağayev: Şəkərli diabet xəstələrinin ölüm göstəricisi əhəmiyyətli dərəcədə aşağı enib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunur. Əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Trend-in məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn- konfransda ünvanlanan sualları cavablandırarkən bildirib.

E.Ağayev deyib ki, bundan başqa müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır: "Həmçinin 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir".

Nazir müavini qeyd edib ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də əhəmiyyətli dərəcədə aşağı enib.

E.Ağayevin sözlərinə görə, onkoloji xəstəliklərin aşkarlanması yaxşılaşıb, bu xəstəlikdən ölüm halları azalıb. Bu qrup xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar.

Nazir müavini bildirib ki, xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni Dializ mərkəzləri açılır: "Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır ki, bunlar da lazımi dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti